Minifutbol Federasiyasının vitse-prezidenti: Yenidən Avropa çempionu olmaq istəyirik
Bakı, 27 may, AZƏRTAC
Yenidən Avropa çempionu olmaq istəyirik. Çətin olsa da, bunu bacarmağa çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov yığmanın Avropa çempionatına hazırlığı barədə jurnalistlərə açıqlamasında deyib.
O, digər rəqiblərin Azərbaycan millisindən çəkindiyini bildirib: “Minifutbol Azərbaycanda yüksək səviyyədə inkişaf edir. Yığma komanda və klublar üçün şərait yaradılıb. Milliyə cəlb olunan oyunçular yerli çempionatda çıxış edirlər. Komandamız daha yaxşısına layiqdir. Hazırda fikrimiz birinci yeri tutmaqdır”.
Onun sözlərinə görə, regionlarda minifutbolun inkişafı üçün işlər görülür: “Çalışırıq ki, bu idman növünü bölgələrə də yayaq. Gələn il keçiriləcək dünya çempionatı üçün 23 yaşadək futbolçulardan ibarət yığma qurmağı planlaşdırırıq. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edək”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Azərbaycan millisi İtaliya, Fransa və Belçika ilə birgə F qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]