Missisipi çayı ətrafında yaşayan minlərlə sakin daşqın təhlükəsinə görə köçürülmüşdür
Bakı, 10 may (AZƏRTAC). ABŞ-da Missisipi regionunun minlərlə sakini daşqın təhlükəsinə görə köçürülmüşdür.
Mütəxəssislərin proqnozlarına görə, çayda suyun səviyyəsi son on ildə rekord həddə çataraq, daşqın səviyyəsini 4,3 metr ötüb keçə bilər.
Hazırda Missisipi çayının eni Memfis şəhəri (Tennessi ştatı) ətrafında 5 kilometrə çatmışdır ki, bu da onun adi ölçülərindən altı dəfə çoxdur. Çayın sürəti, demək olar, iki dəfə artaraq, saatda 20 kilometrə çatmışdır.
ABŞ-ın səkkiz ştatı, o cümlədən Memfis, Yeni Orlean (Luiziana ştatı) kimi iri şəhərləri daşqınlardan əziyyət çəkir. Sakinlər istənilən anda evlərini tərk etməyə hazırdırlar.
Sinoptiklərin proqnozlarına görə, hələ bir neçə gün regionda leysan yağışlar yağacaqdır. Yaxın həftələrdə çayda suyun səviyyəsi daşqın səviyyəsindən aşağı düşməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]