Moldovada enerji sektorunda fövqəladə vəziyyət elan edilib
Kişineu, 6 dekabr, AZƏRTAC
Moldovanın Baş naziri Dorin Reçan enerji sektorunda fövqəladə vəziyyət elan edib. Eyni zamanda, energetika naziri Viktor Parlikov da vəzifəsindən azad edilib.
AZƏRTAC bu barədə Moldovanın “NewsMaker” saytına istinadla xəbər verir.
Energetika naziri Viktor Parlikovun istefası kritik vəziyyətə səbəb olan idarəetmə səhvləri ilə bağlıdır.
Moldovanın Baş naziri, həmçinin enerji təchizatının qismən və ya tam dayandırılması ehtimalı barədə xəbərdarlıq edib.
O izah edib ki, enerji sektorunda fövqəladə vəziyyət hökumətə enerji ixracına mümkün məhdudiyyətlər daxil olmaqla, qərarları operativ şəkildə qəbul etməyə imkan verəcək.
Reçan bildirib ki, Energetika Nazirliyinə yeni rəhbər təyin olunana qədər müvəqqəti olaraq energetika naziri vəzifəsini icra edəcək.
Moldova Prezidenti Maya Sandu artıq energetika nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı müvafiq fərman imzalayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]