MOLDOVADA KƏND TURİZMİ İNKİŞAF ETDİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moldovada kənd turizminin inkişafı üzrə Respublika Şurası yaradılmışdır.
Ölkənin mədəniyyət və turizm naziri Artur Kozmanın başçılıq etdiyi Şuraya müxtəlif sahə nazirliklərinin və idarələrin, Ekologiya və Coğrafiya İnstitutunun, Kənd Təsərrüfatının, Ekologiyanın və Mədəni Turizmin İnkişafı üzrə Milli Assosiasiyanın nümayəndələri daxildir.
Şuranın bir ay müddətində kənd turizminin inkişafı üzrə fəaliyyət planı hazırlayacağı, onu müvafiq təşkilatlarla razılaşdıracağı və təsdiq edəcəyi nəzərdə tutulmuşdur. Yerli idarəetmə orqanlarına kənd turizmi infrastrukturunu “Moldova kəndi” milli proqramı vəzifələrinə müvafiq inkişaf etdirmək üçün əlavə tədbirlər görmək tövsiyə edilmişdir. Onlar yarım ildən bir kənd turizminin inkişafı barədə Mədəniyyət və Turizm Nazirliyinə informasiya da verməlidirlər.
Nazirlikdən bildirmişlər ki, xalq ənənələri ilə zəngin olan kənd yerləri turizmin inkişafı, yeni iş yerlərinin yaradılması, kənd sakinlərinin işlə təmin olunması, əlavə qazanc əldə etməsi üçün əhəmiyyətlidir. Kənd turizmi aqroturizm pansionatlarının, xalq sənətkarlığı mərkəzlərinin yaradılmasına, kənddə infrastrukturun inkişafına kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]