Moskva “3+3” platformasının işini perspektivli hesab edir
Moskva, 21 yanvar, AZƏRTAC
Moskva “3+3” platformasının işini perspektivli hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı danışıqlarda bildirib.
Lavrov deyib: “Məşvərətçi “3+3” formatının fəaliyyət göstərməsində maraqlı olduğumuzu təsdiq etdik. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan Gürcüstan və onların üç qonşusu – Rusiya, İran və Türkiyə. Bu platformanı çox perspektivli hesab edirik”.
Rusiyalı nazir onu da qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına kömək etməyə hazırdır. O vurğulayıb: “Biz İrəvan və Bakının maraqlı olacaqları təqdirdə normallaşmanın bütün istiqamətləri, o cümlədən sülh sazişinin müddəalarının hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat əlaqələrinin açılması və təbii ki, humanitar məsələlər üzrə onlara kömək etməyə həmişə hazır olduğumuzu təsdiq etdik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [21:17]