Moskva metrosundakı partlayışlarda əli olan silahlı Dağıstanda saxlanılıb
Moskva, 28 mart, AZƏRTAC
Dağıstanda 2010-cu ildə Moskva metrosunda törədilmiş partlayışlarda əli olan silahlı saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Moskva metrosunda törədilmiş iki partlayışda əli olan Maqomedali Vahabovun quldur dəstəsinin üzvü Dağıstanın Xasavyurt rayonunda tutulub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, M.Vahabovun özü 2010-cu ildə məhv edilib. Bu cinayətkar qrup 2010-cu il martın 29-da Moskva metrosunun “Lubyanka” və “Park kulturı” stansiyalarında intiharçı terrorçular tərəfindən törədilmiş partlayışların təşkilində iştirak edib. Şübhəliyə mütəşəkkil qrupun tərkibində terror aktları törətmək ittihamı irəli sürüləcək.
Xatırladaq ki, həmin partlayışlar nəticəsində 41 adam həlak
olub, 88 nəfər yaralanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]