Dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Məşhur “The Athletic” nəşri ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele başçılıq edir. İkinci pillədə İngiltərə yığmasının kapitanı Harri Keyn (“Bavariya”, Almaniya) yer alıb. İlk “3-lüy”ü İspaniya seçməsinin və “Barselona”nın vingeri Lamin Yamal tamamlayır.
İlk “10-luq”da, müvafiq olaraq, Maykl Olise (Fransa), Vitinya (Portuqaliya), Kilian Mbappe (Fransa), Qabriel (Braziliya), Pedri (İspaniya), Əşrəf Hakimi (Mərakeş) və Brunu Fernandeş (Portuqaliya) də qərarlaşıblar.
Seçim edilərkən futbolçuların yalnız istedadı deyil, həm də fiziki vəziyyəti və oynamaq ehtimalı da nəzərə alınıb.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]