DÜNYA
Moskva-Paris reysi ilə uçan təyyarə Lüksemburqda təcili eniş edib
Bakı, 20 avqust, AZƏRTAC
Air France aviakompaniyasının Moskva-Paris reysini yerinə yetirən təyyarəsi Lüksemburq aeroportuna təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, TASS informasiya agentliyinin aeroportun mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, hadisə nəticəsində zərər çəkən olmayıb. Məlumatda təyyarənin təcili enişinin göyərtədə qeydə alınan fövqəladə vəziyyətlə bağlı olduğu və detalların dəqiqləşdirildiyi bildirilir. Söhbət “uçuşun gedişində xırda texniki nasazlıqdan” gedir.
Narahatlığa heç bir əsas olmadığını deyən aviakompaniyanın təmsilçisi qeyd edib ki, təyyarə Lüksemburq aeroportuna həyəcan siqnalının işə düşməsi səbəbindən enib və zəruri texniki baxışdan sonra Parisə uçacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]