Moskvada “Rabitə-ekspokomm” telekommunikasiya sərgisi açılmışdır
Bakı, 10 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Moskvada rabitə və telekommunikasiyalar sahəsində nailiyyətləri əks etdirən “Rabitə-ekspokomm” sərgisi açılmışdır. Şərqi Avropada ən geniş miqyaslı forum olan builki sərgidə dünyanın 23 ölkəsindən 550 telekommunikasiya şirkəti iştirak edir.
Sərginin ümumi sahəsi 35 min kvadratmetrdir. Məşhur telekommunikasiya şirkətləri özlərinin ən yeni işlərini nümayiş etdirirlər. Ümumrusiya Dövlət Teleradio Şirkəti, Birinci Kanal, “Disney” kanalları sərgiyə gələnləri informasiya istehsalı sahəsində nailiyyətlərlə tanış etmişlər.
Budəfəki sərginin əsas mövzusu məhz rəqəmsal informasiya ilə bağlıdır. Sərginin ekspozisiyası çərçivəsində “Rəqəmsal kontent erası” adlı ixtisaslaşdırılmış stend açılmışdır.
Sərginin açılışında qeyd edildiyi kimi, “hazırda rabitə texnologiyalarının inkişafı informasiyanın optimal çatdırılmasına xidmət edir, audio və videoya istiqamətlənir”.
Bunun üçün yeni texniki xarakteristikalara malik olan daha güclü şəbəkələr tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]