Motosiklet oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 27 avqust, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda motosiklet qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Ə.Firuziyə məxsus “Haouje” markalı motosikleti oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum edilən T.Maksimov avqustun 26-da Ş.Bədəlbəyli küçəsində onu idarə edərkən tutulub.
Faktla əlaqədar təhqiqat aparılır.