MUĞAM YAPONİYADA SƏSLƏNƏCƏKDİR
İyulda Yaponiyanın Tokio və Osaka şəhərlərində xalq artisti Alim Qasımovun iki solo konserti olacaqdır.
AZƏRTAC xəbər verir ki, dünyada mahir muğam ifaçısı kimi tanınan həmyerlimizin bu səfərini müğənninin Fransada yaşayan Avropa meneceri Yaponiya tərəfinin xahişi ilə təşkil etmişdir. Konsertlərdə Alim Qasımovla birgə qızı Fərqanə və instrumental ansambl da çıxış edəcəkdir.
Məşhur muğam ustası bu il bir sıra qastrol səfərlərinə çıxacaqdır. Məsələn, sentyabrın əvvəllərində o, Londona yola düşəcəkdir. Burada ABŞ-ın klassik musiqi orkestrinin müşayiəti ilə konsert təşkil olunacaqdır.
Azərbaycan-Amerika birgə ifası, muğam ilə müasir musiqinin bir növ sintezi diskə yazılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]