Mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edərkən saxlanılıb
Xırdalan, 12 fevral, AZƏRTAC
Abşeron rayonunda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib. Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.
Rayon Polis İdarəsindən (RPİ) AZƏRTAC-a bildirilib ki, ərazidə fəaliyyət göstərən "Asiman" MMC-yə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 23 və 20 metr uzunluğunda iki ədəd elevator kəməri və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurulub.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdırdıqlarını və əldə etdikləri malları 630 manata sataraq, pulu öz aralarında böldüklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]