Muxtar respublikada yaşıllıq sahələri artırılır
Şahbuz, 25 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı uğurla icra olunur. Ərazidəki təpəliklərdə 30 hektara yaxın sahədə ağac və kolların toxum və tingləri əkilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmçinin orta dağlıq ərazidə yerli ting və toxumlardan istifadə edilərək 7 hektar sahədə yaşıllıq zolağı salınıb. Bu il, ümumilikdə, 70 hektar əraziyə yerli bitkilərin əkilməsi planlaşdırılıb.
Görülən çoxsaylı tədbirlər nəticəsində yaşıllıq ərazilərinin 1990-cı illə müqayisədə 1 faizdən 20 faizədək artmasına nail olunub.