Muxtar respublikanın bir sıra ərazilərində elektrik enerjisi təchizatı dayandırılacaq
Naxçıvan, 26 may, AZƏRTAC
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri aparılacaq.
RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, S.Vurğun, Şəhriyar, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Cəhri”, “Kərimbəyli” və “Nəzərabad” yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Enerji təchizatında fasilə sabah saat 02:00-dan 04:00-dək müddəti əhatə edəcək.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Müxbir- Nail Əsgərov