Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın mətbuat işçiləri ötən ilin nəticələrini müzakirə ediblər

Muxtar respublikanın mətbuat işçiləri ötən ilin nəticələrini müzakirə ediblər

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetində ötən ilin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrlə əlaqədar iclas olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək hesabat dövründə qəzetin fəaliyyətini Ali Məclis Sədrinin müasir jurnalistikanın inkişafı istiqamətində verdiyi tövsiyə və tapşırıqlar əsasında qurmağa çalışdığını, 2020-ci il üçün müəyyən olunmuş iş planının uğurla həyata keçirilməsinə səy göstərildiyini bildirib.

Qeyd olunub ki, ötən il Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə dövlət başçısının müvafiq sərəncamlarına əsasən “Şərq qapısı” qəzetinin baş redaktor müavini “Əməkdar jurnalist” fəxri adı, məsul katibin müavini isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Milli mətbuatımızın yubileyi muxtar respublikada da geniş qeyd olunub, iyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu münasibətilə tədbir keçirilib. Ali Məclisin Sədri Vasif Talıbovun çıxış edərək jurnalistləri təbrik etməsi, mətbuata dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini vurğulaması kollektivdə böyük yaradıcılıq əhval-ruhiyyəsi, əzmkarlıq, stimul yaradıb.

Bildirilib ki, ötən il “Şərq qapısı” qəzetinin 230 nömrəsi işıq üzü görüb. Qəzetdə muxtar respublikada gedən quruculuq və abadlıq işləri, müasir infrastrukturların yaradılması, iqtisadi-sosial və humanitar sahədə görülən tədbirlərlə bağlı, etnoqrafiyamızın və milli dəyərlərimizin, tariximizin, dövlət gənclər və idman siyasətinin, turizm potensialının təbliğinə həsr olunmuş materiallar dərc olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə nəzərdə tutulan ənənəvi rubrikalarla yanaşı, yanvar ayından etibarən Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin isə muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan etməsi, bəstəkar Məmməd Məmmədov və tanınmış həkim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının icrası ilə əlaqədar müvafiq rubrikalar yaradılıb, bu rubrikalar altında materialların dərc olunması müntəzəm davam etdirilib. “İxrac ili”ndə ixrac potensialının yüksəldilməsi istiqamətində görülən işlərlə bağlı 60-a yaxın, Dövlət proqramlarının icrası ilə bağlı 50 məqalə, müxtəlif əlamətdar tarixi günlərlə bağlı 48 tematik material işıq üzü görüb. Kənar müəlliflərlə, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə səmərəli əməkdaşlıq davam etdirilib, kənar müəlliflərin 170-dən çox məqaləsi, mətbuat xidmətlərinin isə 900-ə yaxın materialı qəzetdə dərc olunub.

“Naxçıvan dünən və bu gün” rubrikasında materialların, “Oxucu məktubları” rubrikası altında redaksiyaya ünvanlanan yeni oxucu məktublarının dərci diqqətdə saxlanılıb, qəzet əməkdaşlarının tarixi əhəmiyyətli tədqiqatları, jurnalist araşdırmaları, məqalələri ölkə və xarici əhəmiyyətli kütləvi informasiya vasitələri tərəfindən də böyük maraqla qarşılanıb”, - deyən “Şərq qapısı” qəzetinin baş redaktoru vurğulayıb ki, ötən ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi ilə əlaqədar qəzetin fəaliyyətinin müharibə zamanı kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulan tələblərə uyğun qurub, mövzu, ideya istiqaməti baxımından operativ dəyişiklik edib. Bu aylar ərzində hər ay vətənpərvərlik mövzusunda 40-a yaxın məqalə dərc olunub. Ötən il ərzində www.serqqapisi.az saytında 7 min 300-ə yaxın material yerləşdirilib, sayta 305 mindən çox baxış olub. Cari ildə qəzetdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birgə hazırlanan Tədbirlər Planına əsasən jurnalist tələbələrin materiallarının “Estafet” rubrikasında dərci, ustad dərslərinin, seminar və dəyirmi masaların təşkili və digər tədbirlərin icrası nəzərdə tutulur.

Mehriban Sultanova çıxışının sonunda muxtar respublikada jurnalistikanın, xüsusilə də mətbuatın inkişafına yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək diqqətə çatdırıb ki, ötən il muxtar respublika, eləcə də bütün Azərbaycan üçün yaddaqalan bir olub. Qısa müddət ərzində əldə etdiyimiz böyük Qələbə tariximizə qızıl hərflərlə yazılıb. Naxçıvanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində bütün sahələrlə yanaşı, ordu quruculuğu, qəhrəman oğullarımız, qazilərimiz, şəhidlərimiz haqqında çox əhəmiyyətli materiallar dərc edilib. Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetində “Dünən və bu gün” rubrikasında dərc olunan yazıları yüksək qiymətləndirməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yaradıcılıq müsabiqəsində birinci yeri tutanları təbrik edərək “Siyasi varislik əzmi” məqaləsi və “Naxçıvanın publisistik xəritəsi” kitabının peşəkarlıqla işlənildiyini qeyd etməsi gənc jurnalistlərə mövzu, ideya, janr baxımından peşəkarlaşmaq baxımından verilən tövsiyə kimi də mühüm əhəmiyyət daşıyır.

Qeyd edilib ki, mətbuat orqanlarına qayğının, yaradılan şəraitin nəticəsində ötən il muxtar respublikanın kütləvi informasiya vasitələri vətəndaşların informasiyaya olan tələbatının ödənilməsində fəal iştirak ediblər.

Sonra “Şərq qapısı” qəzetinin əməkdaşları Muxtar Məmmədov, Nail Əsgərov, Türkan Hüseynli məruzə ətrafında çıxış ediblər. Çıxışlarda muxtar respublikada jurnalistikanın inkişafına yaradılan hərtərəfli şəraitdən, mövcud nöqsanlardan, yeni yaradıcılıq planlarından və qarşıda duran vəzifələrdən bəhs olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb