MUXU ƏLİYEV: AZƏRBAYCAN DÜNYANIN ƏN DİNAMİK İNKİŞAF EDƏN ÖLKƏSİDİR
Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsidir. AZƏRTAC xəbər verir ki, bunu Dağıstan Prezidenti Muxu Əliyev Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdir.
M.Əliyev vurğulamışdır ki, yaxın vaxtlarda iki qardaş respublika arasında bir sıra sazişlər imzalanacaqdır. Bu sənədlər iqtisadi, mədəni sahələrin və qarşılıqlı dostluq münasibətlərinin inkişafında ciddi addım olacaqdır. Muxu Əliyev səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Dağıstan iqtisadiyyatında müsbət dəyişikliklərin baş verdiyini bildirmiş, bu işdə respublika rəhbərliyinin rolunu xüsusi vurğulamışdır.
Azərbaycan nümayəndə heyəti Dağıstana respublikanın dövlət və ictimai-siyasi xadimi Məhəmməd-Salam Umaxanovun 90 illik yubileyinin qeyd olunması münasibətilə gəlmişdir.
Məhəmməd-Salam Umaxanov Böyük Vətən müharibəsi illərində Berlinədək şərəfli yol keçmiş, dinc quruculuq illərində bir sıra məsul vəzifələrdə çalışmış, o cümlədən 1965-ci ildə DMSSR-in Nazirlər Sovetinə başçılıq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]