Muzdla çalışan işçilərin sayı açıqlanıb
Bakı, 14 iyul, AZƏRTAC
İyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 1175 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindərir
- 06.10.2026 [11:09]
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]