“Nar” abunəçiləri eyni qiymətə daha yüksəksürətli internetdən istifadə edəcəklər
Bakı, 21 noyabr, AZƏRTAC
“Nar” mobil operatoru ölkədəki ən geniş LTE-412 və HSDP+2029 şəbəkəsini təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Nar” 3G və 4G stansiyalarından əlavə, 2 min 932 ədəd 2G baza stansiyasını istifadəyə verib.
“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili LTE şəbəkəsinin istifadəyə verilməsinin “Nar” üçün böyük bir nailiyyət olduğunu vurğulayıb. “Azərbaycana 4G texnologiyasını və genişləndirilmiş şəbəkəmizi təqdim edirik. Ötən 2 ildə şəbəkəmizin həcminin 2 dəfədən çox artırılmasına nail olmuşuq. 4G şəbəkəsində fəaliyyət göstərən baza stansiyalarının sayı 412-yə çatdırılıb. Növbəti il LTE şəbəkəsini daha da genişləndirməyi və LTE-A texnologiyasının tətbiqini planlaşdırırıq”, - deyə K.Maknili bildirib.
Hazırda şirkətin 4G şəbəkəsi 225 Mbps qədər internet sürətini dəstəkləyir. Abunəçilər LTE şəbəkəsindən istifadə üçün hər hansı bir əlavə ödəniş etməyəcəklər. Onlar cari SİM cardlarını dəyişmədən yüksəksürətli 4G internet bağlantısından istifadə edə bilərlər. Sadəcə olaraq, LTE texnologiyasını dəstəkləyən mobil telefon və ya cihazda 4G şəbəkəsini seçmək kifayətdir.