“Nar” “Günlük” internet paketini təqdim edir
Bakı,15 oktyabr, AZƏRTAC
“Nar” mobil operatoru yeni “Günlük” paketini təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, dəyəri 10 qəpik təşkil edən “Günlük” paketinə 20 meqabayt internet trafiki daxildir. “Günlük” paketi əvvəllər mobil internetdən istifadə etməmiş abunəçilər üçün mükəmməl başlanğıcdır. Bu təklif Wi-Fi şəbəkəsinin əhatə etmədiyi ərazilərdə mobil internetdən istifadə hallarına görə əlavə ödənişlə üzləşmək istəməyən smartfon istifadəçiləri üçün də son dərəcə əlverişlidir. Xidməti aktivləşdirmək üçün “gunluk” yazaraq 777 qısa nömrəsinə göndərmək və ya *777#12#Yes şifrəsini yığmaq kifayətdir. Paketi “Şəxsi kabinet”, “eNəzarət” kimi xidmətlər vasitəsilə də aktiv etmək olar. Təklif sadəcə səsli tariflərin istifadəçiləri üçündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]