“NASCAR”da mövsümün mayın 17-də bərpa olunacağını rəsmi şəkildə təsdiqləyiblər
Bakı, 1 may, AZƏRTAC
“NASCAR” seriyasının rəhbərliyi çempionatı mayın 17-də bərpa etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, ilk iki mərhələ Cənubi Karolinada, Darlinqton şəhərində keçiriləcək. Bu yerin seçilməsi onunla bağlıdır ki, bəzi karantin tədbirləri bu ştatda yüngülləşdirilib. “NASCAR Cup”un ikinci yürüşü mayın 20-də təşkil olunacaq.
Daha sonra seriya Şarlott şəhərinə ötürüləcək. Burada yürüşlər mayın 24 və 27-də keçiriləcək.
Beləliklə, “NASCAR” koronavirus pandemiyası fonunda yarışlara başlayan ilk iri seriya olacaq. Qeyd edək ki, yürüşlər tamaşaçısız keçiriləcək.
Digər populyar Amerika yürüş seriyası olan “IndyCar” mövsümün startı üçün ilkin tarixləri hələ elan etməyib. Lakin məlumdur ki, “İndianapolisin 500 mili” əfsanəvi yürüşü yayın sonunadək təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]