Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan canavarı” ləqəbli şəhid leytenant

Bakı, 15 noyabr, AZƏRTAC

Vəlinin ləqəbi “Naxçıvan canavarı” idi. Müharibənin üçüncü günü yaxın dostu şəhid olmuşdu. Xəbəri mənə ağlaya-ağlaya verdi. Ondan sonra yerə-göyə sığmırdı, nifrəti birə beş artmışdı. Qisas andı içən Vəli dostunun intiqamını alaraq onun yanına üzüağ getdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Ordusunun leytenantı, şəhid Vəli Quliyevin qardaşı Maqsud Quliyev deyib.

Şəhidin qardaşı sözlərinə belə davam edib: “Biz Vəli ilə əkiz qardaş idik. Onunla 8 il bir sinifdə oxumuşuq. Yadımdadır, orta məktəbdə müəlliməmiz böyüyəndə nə olmaq istədiyimizi soruşanda Vəli hamıdan əvvəl ayağa qalxaraq “mən hərbçi olacağam” dedi. O, öz arzusunun arxasınca getdi. Əvvəlcə Heydər Əliyev adına Hərbi Liseyi, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdi. 2018-ci ildə Ağcabədidə yerləşən “N” saylı hərbi hissədə xidmətə başladı. Öz istəyi ilə bir müddət ön cəbhəyə təyinat aldı. Bir ildən sonra yenidən öz hərbi hissəsinə göndərildi. Vətən müharibəsi başlananda elə həmin hərbi hissədə xidmət edirdi. Hərbçi yoldaşları deyirlər ki, Vəli üçün post evdən daha dəyərli idi. Postu evi hesab edirdi. Müharibə başlayanda Vəli yeddi ay idi ki, bölük komandiri idi. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Ötən il sentyabrın 27-də mənimlə əlaqə saxlayaraq dedi ki, “ola bilər mənə zəng çatmasın, təlimdəyəm, narahat olmayın”. Arada təlimlərdə olanda əlaqə saxlaya bilmirdik deyə buna öyrəşmişdik. Sentyabrın 28-də isə yenə mənə zəng vurdu. Dedi ki, “tək sənə deyirəm, mən müharibəyə gedirəm. Evdəkilər bilməsinlər, onlara deyəcəyəm ki, təlimdəyəm. Amma başıma bir iş gəlsə, ən azından sənin xəbərin olsun”. O çox şən adam idi. Gülə-gülə danışırdı. Onu ruhlandırmaq məqsədilə “daim irəli, Azərbaycan əsgəri” deyəndə gülümsəyərək “narahat olma, bizdə geri çəkilmək deyə bir vəziyyət ola bilməz” deyib sağollaşdı. Sonra evdəkiləri də yığıb onlarla ayrıca danışdı və təlimdə olduğunu və müharibəyə getməyəcəyini bildirdi. Sentyabrın 29-da zəng vuranda kövrək danışdığını hiss etdim. Soruşdum ki, "kimə nə olub?" Ağlaya-ağlaya dostlarından birinin şəhid olduğunu, digərinin isə yaralandığını söylədi. Şəhid olan dostu Fərmin Əliyev idi. Dedi ki, “get Fərmingilə, ailəsini tək buraxma, mən də onun qisasını alacağam”. Ondan bir gün əvvəl digər dostu, leytenant Elvin Şükürlü də şəhid olmuşdu. Biz onu Vəliyə deyə bilmədik. Çünki bir dostunun şəhid olması onu yıxmışdı, yerə-göyə sığmırdı, ikincisinin də bəd xəbərini almaq qardaşıma daha ağır zərbə olardı. Oktyabrın 20-si saat 12:35-də son danışığımız olub. O anı ömrümboyu unutmayacağam. Həmin gün tək məni və ata-anamızı deyil, digər qohumları da yığıb sağollaşıb. Neçə gündür ac olduqlarını, işğaldan azad edilmiş rayonların birində bir bağda heyva yediklərini bildirdi. Gülə-gülə danışırdı. Dedi ki, “Bir heyva var burda, gəl görəsən, dadından doymaq olmur. Bir inək də kəsmişik, kabab edirik, onu da yeyəcəyik. Axşam düşmənlərin leşini-leş üstünə qalaqlamışıq, indi də dincəlirik, bu axşam yenə irəli gedəcəyik. Allaha əmanət olun, evdəkilər sənə əmanətdir”. Mən də həmişəki kimi onu ruhlandırdım və özünü qorumağı bərk-bərk tapşırdım. Həmin gün axşam mühasirəyə alınan bir bölüyə köməyə gediblər. Mühasirəyə alınan bölükdən bir əsgər mənə dedi ki, Vəlini silah-sursat anbarı adlandırırdıq, canı-cüssəsi balaca olsa da, üstündə xeyli silah gəzdirərmiş. Vəli görübmüş ki, pulemyotla atəş açan əsgər silahla bir az yavaş davranır. Deyib ki, “qorxmayın vurun, onlar onsuz da vura bilmirlər. Biz yalnız irəli gedəcəyik, Qarabağ bizimdir”. Daha sonra isə silahı həmin əsgərin əlindən alaraq gülə-gülə mərmiləri düşmən tərəfə boşaldıb. Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi məhv olub, bölük isə mühasirədən qurtulub. Səhəri gün günorta radələrində Vəligilin maşınları vurulub, nəticədə doqquz nəfər şəhid olub, qardaşım da daxil olmaqla bir neçə nəfər yaralanıb. Vəli boyun nahiyəsindən qəlpə yarası alıb. Ona hospitala getməyi tövsiyə etsələr də, razı olmayıb. Oktyabrın 22-də gecə Qubadlı rayonunun Muradxanlı kəndində üç tərəfdən mühasirəyə düşüblər. Orada yaxın məsafədə qızğın döyüşlər zamanı Vəli başda olmaqla bölükdən xeyli hərbi qulluqçu şəhid olub. Bir müddət biz Vəlidən xəbər ala bilmədik. Hamımız nigaran idik. Sonradan bizə şəhid olduğunu dedilər. Noyabrın 3-də nəşi həmin ərazidən götürüldü, noyabrın 6-da təhvil alıb Naxçıvanda dəfn etdik”.

Maqsud Quliyev qardaşının son döyüşü haqqında bunları deyib: "Sağ qalan əsgərlərdən biri deyir ki, Vəli və qərargah rəisi irəlidə gediblərmiş. Birinci onlar düşmənin hədəfi olublar. Vəli qolundan yaralansa da, döyüşə davam edib. Əsgərlərinə deyib ki, “özünüzü qoruyun, bir-birinizdən muğayat olun, hamınız haqqınızı halal edin. Daim irəli gedin, geri çəkilmək olmaz”. Bundan sonra ikinci güllə yarası alaraq şəhid olub. O, daim irəli deyə-deyə şəhadətə yüksəlib. Vəli şəhid olmağı arzu edirdi, qardaşım ən böyük arzusuna çatdı. O uca zirvəyə yüksəlməzdən əvvəl dostlarının da qisasını alıb yanlarına üzüağ getdi. Vəlinin ləqəbi “Naxçıvan canavarı” idi. Ona “Naxçıvan qartalı” da deyirdilər”.

Qeyd edək ki, Quliyev Vəli Kamal oğlu 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-cü ildə Qazançı kəndinin Elsevər Eldaroğlu adına tam orta məktəbində, 2009-cu ildən isə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə isə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. Bundan sonra elə həmin il Ağcabədidə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Bir neçə aydan sonra öz istəyi ilə ön cəbhəyə göndərilib. Təxminən bir il orada xidmət etdikdən sonra yenidən əvvəlki hərbi hissəyə qaytarılıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılan bölük komandiri Vəli Quliyev Cəbrayıl, Füzuli, Xocavənd - xüsusilə Hadrut, Zəngilan və Qubadlının azad edilməsi hərbi əməliyyatlarında iştirak edib. Oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib