NAXÇIVAN TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Teatrın direktoru, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev AZƏRTAC-ın müxbirinə demişdir:
-Kollektivimiz yeni mövsümü M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani- Lənkəran” komediyası əsasında səhnələşdirilmiş “Lənkəran xanının vəziri” tamaşası ilə açacaq. Baş rollarda Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Rövşən Hüseynov, Nəzakət Xudiyeva, Naxçıvan MR-in əməkdar artistləri Rza Xudiyev, Nazlı Hüseynquliyeva, Elmira Kərimova və başqaları iştirak edirlər.
Kollektivimiz mövsüm ərzində Əkrəm Əylislinin “Vəzifə” psixoloji dramını və Hidayətin “Bu dünyanın adamları” əsərini də tamaşaçılara təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]