Naxçıvanda 528 ağaca inventar lövhələri vurulub
Naxçıvan, 10 fevral, AZƏRTAC
Bu gün Naxçıvan şəhərində “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi ərazisində 30-a yaxın ağaca Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan lövhələr davamlı materialdan hazırlanır və üzərində əks olunan QR-kod vasitəsilə ağacın fərdi məlumatlarına (ad, növ, yaş, hündürlük və s.) keçid etmək mümkündür.
Qeyd edək ki, bu günədək 528 ağaca inventar lövhələri vurulub.