Naxçıvanda qadın sahibkarların sayı açıqlandı
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Cari ilin 8 ayı ərzində Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz, aktiv vergi ödəyicilərinin sayı isə 14,1 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu müsbət dinamika qadınların sahibkarlıq fəaliyyətində də özünü göstərir. 2026-cı il 1 sentyabr tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 53 mini ötüb ki, onların da 29 faizini qadınlar təşkil edib, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 6 faiz artıb.
"Hazırda aktiv vergi ödəyiciləri üzrə qadın sahibkarların 68 faizi kənd təsərrüfatında, 16 faizi xidmət sahəsində, 9 faizi ticarətdə, 7 faizi isə sənaye, tikinti, rabitə və digər sahələrdə fəaliyyət göstərir", - deyə Kazım Hüseynəliyev əlavə edib.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [12:10]
Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır
- 18.09.2026 [12:10]
İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO
- 18.09.2026 [11:41]
Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb
- 18.09.2026 [11:22]
Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib
- 18.09.2026 [10:23]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb
- 18.09.2026 [10:14]
Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Hörmüz boğazında gəmi vurulub
- [11:55]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar
- 17.09.2026 [23:53]
Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub
- 17.09.2026 [23:15]
Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
- 17.09.2026 [22:54]