NAXÇIVANDA YERALTI QAZ ANBARININ YARADILMASI İSTİQAMƏTİNDƏ İŞLƏRƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əhalisinin ilboyu yanacaq qazı ilə təchiz olunması məqsədi ilə yeraltı qaz anbarının tikintisi istiqamətində işlərə start verilmişdir.
Dövlət Neft Şirkətinin geologiya, geofizika və qazma üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində Muxtar Respublikanın Böyükdüz və Qıvraq ərazilərində geoloji baxımdan miosen çöküntülərində maraqlı görünən strukturlarda parametrik quyuların qazılmasına qərar verilmişdir.
ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən artıq “Böyükdüz-4” quyusunun inşasına başlanmışdır. Quyunun layihə dərinliyi 1400 metrdir. Quyunun bütün intervallardan süxur nümunələrinin götürülməsi üsulu ilə qazılması nəzərdə tutulmuşdur. Parametrik quyunun əsas məqsədi miosen çöküntülərinin keçiriciliyinin, məsaməliyinin, eyni zamanda yeraltı qaz anbarının yaradılması üçün şəraitin öyrənilməsindən ibarətdir. İlk quyunun göstəricilərindən asılı olaraq, yeraltı qaz anbarı və onun tam infrastrukturu kompleks şəkildə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]