Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Naxçıvan, 28 dekabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Məcnun Məmmədov qalibləri 1 illik fərdi inkişaf planının uğurla həyata keçməsi münasibətilə təbrik edib.
Qaliblər isə mentorluq proqramı çərçivəsində şəxsi təcrübəsindən faydalanmaq şansı əldə etdiklərinə görə nazirə minnətdarlıqlarını bildiriblər.