“Neftçi İdman Klubu”nun boksçuları açıq birincilikdə yeddi medal qazanıblar
Bakı, 2 may, AZƏRTAC
2004-2005-ci il təvəllüdlü yeniyetmə boksçular arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 220 dəri əlcək sahibi medallar uğrunda mübarizə aparıb.
“Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları birinciliyin 7 medalına (3 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər. İdmançılardan Aslan Quliyev (48 kq), Rəmiş Cəfərov (68 kq) və Əli Həsənov (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bəylər Bayramov (56 kq), Nihat Qurbanov (76 kq) ikinci, Elmir Rəhimov (37 kq), Qədir Rüstəmov (46 kq) isə üçüncü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]