“Neftqaztikinti” Trestində beynəlxalq İSO standartları uğurla tətbiq edilir
Bakı, 13 may (AZƏRTAC). 2002-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Trestində İSO sertifikatlarının əldə olunması istiqamətində uğurlu addımlar atılmışdır. Sonrakı illərdə Türk Standartları İnstitutu (TSİ) tərəfindən trestdə tətbiq edilən idarəetmə standartları üzrə vaxtaşırı xarici auditlər keçirilmiş və müsbət nəticələr əldə edilmişdir. Yaranmış ənənə bu gün də davam etdirilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 11-dən 13-dək trestdə TSİ-nin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsinin idarə edilməsi” TSE-ISO-EN 14001 beynəlxalq standartı üzrə növbəti audit keçirilmişdir. Audit zamanı standartın maddələrinin tətbiqində ciddi kənara çıxmalar aşkar edilməmiş və sertifikatın davamına qərar verilmişdir.
Trest 2002-ci ildə “Keyfiyyət idarəetmə sistemi” üzrə TSE-ISO-EN 9001, “Ətraf mühitin mühafizəsinin idarə edilməsi” üzrə TSE-ISO-EN 14001, 2005-ci ildə “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə TS 18001/OHSAS, 2008-ci ildə “Uyğunluğun dəyərləndirilməsi” üzrə TS EN ISO/IEC 17024 və 2009-cu ildə “Yoxlama və kalibrasiya laboratoriyalarının yetərliliyi” üzrə TS EN ISO/IEC 17025 Beynəlxalq sertifikatlarına layiq görülmüşdür. Həmin standartların tətbiqi bu gün də uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]