Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində aparılmış auditin nəticələri açıqlanıb

Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində aparılmış auditin nəticələri açıqlanıb

Bakı, 13 aprel, AZƏRTAC

Hesablama Palatasının 2022-ci il üzrə İş planına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair aparılmış uyğunluq auditi 2020-ci il yanvarın 1-dən ötən il yanvarın 1-dək olan dövrü əhatə edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, nazirliyin tabeliyində büdcə təşkilatı qismində fəaliyyət göstərən idarə üzrə auditlə əhatə olunan dövrdə, ümumilikdə, 19514,3 min manat təşkil edən kassa icrasının (xərclərinin) əsas tərkib hissələri kimi 48,1 faizi əməyin ödənişinə, 25,4 faizi yanacaq və sürtkü materiallarının alışına, 6,4 faizi nəqliyyat vasitələrinin cari təmirinə, 5,9 faizi nəqliyyat vasitələrinin alışına, 14,2 faizi isə digər mal, iş və xidmətlərin alışına yönəldilib.

İdarənin balansında (sərəncamında) işlək vəziyyətdə (auditlə əhatə olunan dövrdə yanacaq və ehtiyat hissələri üzrə xərc çəkilməsinin nəzərə alınması şərti ilə) müxtəlif tutumlu olmaqla, ümumi sərnişin tutumu 429 nəfərə bərabər olan 31 ədəd mikroavtobus və avtobusların, eyni zamanda 516 ədəd yük avtomobilinin və texnikaların mövcud olması şəraitində nəqliyyat xidmətlərinin kənar hüquqi şəxslər tərəfindən qarşılanmasına tələbatın yaranması adı altında müvafiq satınalma prosedurları keçirilib və bağlanmış üç müqavilə üzrə 923,4 min manat dəyərində sərnişin və yükdaşıma kimi nəqliyyat xidmətlərinin alışına yol verilib. İdarənin geniş maddi-texniki bazasının mövcud olmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə qeyri-büdcə mənbələrindən daxilolma potensialının reallaşdırılması istiqamətində zəruri tədbirlərin yerinə yetirilməsi yetərincə təmin edilməyib, büdcədənkənar əməliyyatlardan 2020-ci ildə 138,8 min manat və 2021-ci ildə 342,6 min manat məbləğində gəlir əldə olunub ki, bu da mövcud resurslarla (imkanlarla) müqayisədə çox aşağıdır.

Elektron satınalmaların qalibləri ilə 159,4 min manat və 229 min manat olmaqla bağlanmış müqavilə məbləğləri, müvafiq olaraq 53,9 faiz və 43,5 faiz səviyyəsində icra olunub ki, bu da “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsi ilə uyğunsuzluqlara səbəb olmaqla, həmin satınalma proseduru çərçivəsində dövlət vəsaitlərinə olan tələbatın düzgün müəyyənləşdirilməməsini demək üçün əsaslar yaradıb.

İdarə tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əməl olunmadan müvafiq satınalma prosedurları tətbiq edilməyərək, gəmi heyətinin ərzaq məhsulları ilə təminatı (qidalanması) və gəmidə təmizlik xidmətlərinin göstərilməsi üçün 01.09.2020-ci il tarixli müqavilənin rəsmiləşdirilməsinə və ümumilikdə 40,6 min manat (o cümlədən, 2020-ci ildə 3,9 min manat, 2021-ci ildə 36,7 min manat) məbləğində vəsaitin xərc edilməsinə yol verilib. Yanacaq məhsullarının alışına görə İdarənin maliyyə (mühasibat) uçotu üzrə debitor borclarının həcmi 2020-ci il yanvarın 1-nə 553,6 min manat, 2021-ci il yanvarın 1-nə isə 132,1 min manat məbləğində əks etdirildiyi halda, ötən il eyni dövrə 27,8 min manata bərabər olmaqla auditlə əhatə olunan dövrdə 95 faizə yaxın azalıb ki, bu da əvvəlki illər üzrə proqnoz və icra göstəricilərinin tələbatdan artıq həcmlərdə rəsmiləşdirildiyini göstərir.

Təhlükə potensiallı obyektlər kimi qeydiyyatdan keçirilməsi dövlət reyestrindən çıxarışlarla təsdiqlənməyən yanacaq doldurma məntəqələrindən ümumilikdə 572,8 min manat məbləğində yanacağın dəyəri ödənilməklə elektron qaimə-fakturalarla alışının rəsmiləşdirilməsinə yol verilib. İdarə üzrə ştat cədvəlləri təsdiqlənərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarları ilə təsdiq edilmiş müvafiq normativlərə əməl edilməməklə, “Şöbə rəisi” vəzifəsi üzrə əməyin ödəniş dərəcəsi "Baş mütəxəssis-şöbə müdiri" kimi sənədləşdirilməklə 3 vahid artırılaraq 17-ci dərəcə ilə, eyni zamanda traktorçuların əməyinin ödəniş dərəcələri (mexanizmlərin mühərrikinin at gücünə görə müəyyənləşdirilməli olduğu halda) yüksək götürülmüş və ümumilikdə 90,1 min manat məbləğində əməkhaqqı artıq hesablanıb və ödənilib. Auditin keçirildiyi dövrün sonunadək dövlət qeydiyyat nişanlarının alınması təmin edilməyən buraxılışı 1983-2017-ci illər aralığında olan 81 ədəd (alış dəyəri 4340,3 min manata bərabər olan) nəqliyyat vasitəsi və mexanizmlər İdarə tərəfindən istismar edilmişdir ki, bu da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələbləri ilə uyğunsuzluqlara səbəb olmaqla yanaşı, həmin texnikaların bir qismi ehtiyat hissələrinin mənbəyi kimi sökülərək yararsız hala salınıb.

İdarə tərəfindən 21,5 min manat dəyərində nəqliyyat vasitələri üçün mobil nəzarət izləmə cihazlarının (GPS) alınması və quraşdırılması işlərinin, eyni zamanda 27,4 min manat dəyərində qeyri-maddi aktivlərin satın alınmasına baxmayaraq, auditin keçirildiyi dövrün sonunadək bu alışların İdarənin funksional fəaliyyətində tətbiq olunması təmin edilməyib. İdarənin 1 və 2 saylı avtonəqliyyat dəstəsinin istifadəsində olmaqla balans dəyəri 98,9 min manat (ilin əvvəlinə qalıq dəyəri olmayan) təşkil edən 7 ədəd müxtəlif markalı nəqliyyat vasitəsinin 2021-ci il ərzində müvafiq qaydada maliyyə (mühasibat) uçotundan silinməsinə baxmayaraq, onların söküntüsündən əldə edilən mal-materiallar cari bazar dəyəri ilə qiymətləndirilərək, auditlə əhatə olunan dövrün sonuna kimi uçota mədaxil olunmayıb, satışından dövlət büdcəsinə ödənişlər təmin edilməyib.

Auditlə əhatə olunan dövrdə idarədə (o cümlədən, regional strukturlarında) maliyyə (mühasibat) uçotu və hesabatlılığın müvafiq proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada aparılması təmin edilməyib, nəqliyyat vasitələri, traktorlar, ekskavatorlar, buldozerlər, qoşqular, səyyar nasos stansiyaları və digər texnikaların elektron reyestri formalaşdırılmayıb. Eyni zamanda Əmək Məcəlləsinin 102-ci maddəsindən irəli gələn davamiyyətin tənzimlənməsi çərçivəsində vahid yanaşma (qaydalar) tətbiq edilməyib ki, bu da istər İdarə səviyyəsində, istərsə də mərkəzləşdirilmiş qaydada Nazirlik səviyyəsində inzibatçılığın əsas tərkib elementlərindən olan daxili nəzarət sistemindəki risklərin mövcudluğunu şərtləndirib.

İdarə tərəfindən 2020-ci il üzrə “Maliyyə vəziyyəti haqqında hesabat”da uzunmüddətli aktivlərin tərkib hissəsi kimi “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər”in dəyərinin ilin sonuna 2911,5 min manat məbləğində əks etdirilməklə ilin əvvəli ilə müqayisədə 11496,6 min manat məbləğində azaldılması, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlərin tərkib hissəsi kimi “Sair əməliyyat gəlirləri”nin 10048,1 min manat, “Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat”da “Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər”in 1793,8 min manat və “Əmlakın əvəzsiz verilməsindən (alınmasından) qazanc (itkilər)”ın 10048,2 min manat məbləğində göstərilməsi cari audit çərçivəsində ilkin sənədlərlə təsdiqlənməyib, analoji uyğunsuzluqlar ehtiyatların hesabatlılığında da mövcud olub ki, bununla da maliyyə hesabatlarında əhəmiyyətli təhriflərə yol verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM-in iştirakçıları "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açılanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır