Nəriman Nərimanovun Tbilisidəki Xatirə Ev Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Tbilisi, 2 iyun, AZƏRTAC
Nəriman Nərimanovun Tbilisidəki Xatirə Ev Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə uşaqlara N.Nərimanov haqqında məlumat verilib və uşaqlar Ev Muzeyinə baxıblar.
Sonra uşaqlar üçün müxtəlif oyun və bilik yarışmaları təşkil edilib. Azərbaycanlı, gürcü və digər millətlərdən olan uşaqlara əyləncəli proqram təqdim olunub. Fərqlənən uşaqlara hədiyyələr, o cümlədən N.Nərimanovun gürcü dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri” təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi