NƏRİMANOV RAYONU SƏHİYYƏ İŞÇİLƏRİNİN TƏŞƏBBÜSKARLIĞI
Beynəlxalq təşkilatlarla əməkdaşlığa da diqqət yetirilir. Amerika Beynəlxalq Səhiyyə Birliyi ilə əməkdaşlıq çərçivəsində rayonun 3 həkimi ABŞ-ın Oreqon ştatına təcrübə mübadiləsinə dəvət edilmiş və həmin məqsədlə də 3 amerikalı həkim rayon səhiyyə şöbəsində olmuşlar. Yaponiyanın Azərbaycandakı səfirliyi ilə danışıqlar nəticəsində 5 nömrəli vərəm əleyhinə dispanserə tibb avadanlığı alınmasına və təmir işlərinə qrant ayrılması barədə razılıq əldə edilmişdir.