Nərimanov rayonunda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələniblər
Bakı, 6 noyabr, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, profilaktik tədbirlər nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələbələrinin pozulması faktları aşkarlanıb.
Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə onların barələrində inzibati məsuliyyət tədbirləri görülüb.
Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.