Nəsimi rayonunda futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışlarına start verilib







Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Nəsimi rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda Nəsimi rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparacaqlar.
Açılış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.