Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda tədbir: Azərbaycan son 18 ildə

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Nizami Kino Mərkəzində YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan 18 ildə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Prezident İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətindən danışıb, 2020-ci il noyabrın 10-da imzalanan Birgə Bəyanatla ölkəmizin ərazisinin 20 faizinin 30 illik işğalına son qoyulduğunu bildirib. A.Süleymanov deyib: “Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və xalqımızın əyilən qəddini dikəldən Vətən müharibəsinin nəticələri dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı”.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı titanik fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi. “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 ilə nəzər salsaq, respublikamızın bütün sahələrdə, xüsusilə dövlət idarəçiliyində qazandığı uğurlar, sosial-iqtisadi nailiyyətlər göz qabağındadır. Gündəlik həyatlarında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı gündən-günə möhkəmlənir. Xalqımız yeganə güvən yeri və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı şəkildə dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir”, - deyə o vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında prezidentliyinin ilk illərində dövlətimizin başçısının neft kapitalını insan kapitalına çevirməyin zəruriliyi barədə fikrini xatırlatdı. O, bu məqsədlərin artıq həyata keçdiyini deyən M.Abbaszadə reallığa çevrilən bu amilin insanların həyatında oynadığı rol barədə danışaraq deyib: “Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlətimizin başçısının həyat fəlsəfəsidir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı son 18 ildə Prezident İlham Əliyevin ölkəmizdə təhsilin modernləşməsinə xidmət edən islahatlarından, elm və təhsilə ayrılan büdcə vəsaitlərinin ildən-ilə artırılmasından danışıb. Azərbaycanda tədrisə göstərilən diqqət sayəsində müasir çağırışlara cavab verən ali təhsil ocaqlarının nüfuz qazandığını deyən rektor bu nailiyyətlərin Prezident Əliyevin sosial sahədə yürütdüyü dövlət siyasətinin məntiqi nəticəsi olduğunu qeyd edib.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların təkcə Azərbaycanda deyil, dünyada da yüksək qiymətləndirildiyini vurğulayıb, dövlətimizin başçısının insanların sağlamlığının qorunması istiqamətində fəaliyyətini qeyd edib.

Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri adından söz alan Rüfət Salmanov Silahlı Qüvvələrin bütün şəxsi heyəti kimi, özünün və tərkibində döyüşdüyü bütün taborun hər məqamda Müzəffər Ali Baş Komandanın qayğısını hiss etməsindən, Qələbəyə gedən yoldan danışıb. diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı xalqımız üçün Vətən müharibəsinə çevrilib və rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatıb. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu “məğlubedilməz” ordunu və “keçilməz” istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atıb”.

Vətən müharibəsi şəhidi Rauf Əliyevin atası Səxavət Əliyev çıxış edərək Qarabağda qazanılan Zəfərdən, bu yolda şəhid olan insanlarımıza ən yüksək səviyyədə göstərilən ehtiramdan və tayı-bərabəri olmayan tarixi Qələbənin qazanılmasının verdiyi qürurdan söhbət açıb. Şəhid atası bu qüruru xalqımıza yaşadan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətinin sosial mediada fəal təbliğinə görə bir qrup fəal partiya üzvü diplom və hədiyyələrlə mükafatlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

“Gotion High-tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

Azərbaycanda qarğıdalı sahələrinin sığortasına başlanılıb

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Roma Papası XIV Leodan

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub

Deportasiya qurbanlarının qayıdışına dair beynəlxalq konfransa hazırlıq işləri aparılır

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Mərkəzi Bank maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsini təsdiqləyib

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə

Mədəniyyət naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

Azərbaycan dünyada beynəlxalq enerji zəncirinin vacib iştirakçılarından biri kimi çıxış edir ŞƏRH

Hüsamettin İnanc: Bakı-Tbilisi-Qars xəttinin güclənməsi Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır

Latviya NATO-da daha güclü kollektiv müdafiə sistemi qurmağa çağırır

BDU-nun professoru: Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması tezisi qayıdış hüququnun əsasıdır

Şəhərsalmanın uğur formulu: effektiv idarəetmə, insan kapitalı və hüquqi mexanizmlər

“Alfa” nəsli üçün internet bizim uşaqlıq dövrümüzdəki oyuncaqlar qədər adidir - psixoloq

Naxçıvanda yaradılacaq laboratoriya və emalatxanalar üçün yeni avadanlıqlar gətirilir

Ekspert: Qaz sektorunun və yaşıl energetikanın inkişafını birləşdirən Azərbaycan doğru yolu seçib

Somalidə "Əş-Şəbab" qruplaşmasının 29 üzvü öldürülüb

Vəli Qasımov: İspaniyanı dünya çempionatında həmişə favoritlər sırasında görürəm

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Mütəxəssis: Prezidentin enerji strategiyası Azərbaycanın qlobal güc transformasiyasını təmin edir

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sosioloq: Gənclər süni intellekt dövründə peşə seçiminə daha diqqətlə yanaşmalıdırlar – ŞƏRH

Numan Kurtulmuş: BMT çarəsiz vəziyyətdədir

Bakı “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısına ev sahibliyi edəcək

Dağıstanlı döyüşçü: Bakıdakı UFC turnirində azarkeşləri əsl şou gözləyir

Bakı Gəmiqayırma Zavodunda konteyner gəmilərin kilqoyma mərasimi baş tutub

ATMU-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans təşkil olunub

Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin irsini əks etdirən yeni biblioqrafik göstərici nəşr olunub