Niaqara şəlaləsi altından uzunluğu 10 kilometrdən çox olan tunel qazılmışdır
Bakı, 14 may (AZƏRTAC). Dünyada ən iri “Böyük Bekki” qazma qurğusu Kanadanın Ontario əyalətindəki Niaqara şəlaləsinin altından uzunluğu 10,2 kilometr olan tuneldə qazma işlərini başa çatdırmışdır. Əyalətin hakimiyyət orqanlarının məlumatına görə, Ontario tuneli La-Manş boğazı altından keçən tuneldən 1,5 kilometr uzundur.
Tunelin qazılmasına 2006-cı ildə bərpa olunan enerji mənbəyinin yaradılması üzrə dünyada ən iri layihə çərçivəsində başlanmışdır. İnşaat işlərinin 2013-cü ildə yekunlaşdırılması nəzərdə tutulmuşdur. Tunel vasitəsilə su Ser Adam Bek Su Elektrik Stansiyasına ( SES) nəql ediləcəkdir. Bu da SES-ə 160 min binanı elektrik enerjisi ilə təchiz etməyə imkan verəcəkdir.
Ontario əyalətinin energetika naziri Bred Duqid demişdir: “Bu çox mühüm nailiyyətdir və biz Ontarionun elektrik sisteminin modernləşdirilməsini davam etdiririk. İnvestisiyalarımız iqtisadiyyatı irəlilədir və gələcəkdə Ontario sakinlərinin bir çox nəslinə xidmət edəcək energetika sisteminin yaradılmasını təmin edir”.
Layihə 400 işçi yeri yaratmış və əyalətə bir milyard dollara yaxın gəlir gətirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]