Niyazinin mənzil-muzeyində növbəti klassik musiqi gecəsi
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Klassik Musiqi Həvəskarları Klubu”nun növbəti silsilə tədbiri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin fortepiano sinfinin tələbələrinin iştirakı ilə “Musiqinin sehrli dünyası” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və gənc ifaçılara uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində gənc pianoçuların ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.