REGİONLAR
“Nizami“ filmi Masallıda nümayiş olunub
Masallı, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında “Nizami Gəncəvi İli” çərçivəsində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun gəncləri üçün “Nizami“ sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, film dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.
Filmdən sonra çıxış edən rayon gənclərinin nümayəndələri dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığını xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin ən parlaq səhifəsi kimi dəyərləndiriblər.
Çıxış edənlər sənədli filmin gənclərə bədii söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək etdiyini vurğulayıblar.