Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Ölümü ömür seçənlər” kitablarının təqdimatı olub

Bakı, 10 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Bakı Kitab Sərgisində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və müəllifin təşəbbüsü ilə yayımlanan “Ölümü ömür seçənlər” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə redaktoru və tərtibçisi Fərid Hüseyn olan “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı ictimaiyyətə təqdim edilib.

Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı kitabın əsas ideyasını açıqlayıb: “Bəzən haqsız yerə Nizami Gəncəvini mübahisəli şair hesab edir, onu yazdığı dilin xalqına mənsub şəxsiyyət kimi təqdim edirlər. Nəzərə alaq ki, insan fiziki varlıqdır, şairin doğulduğu yer Gəncə şəhəridir. Bu kitab əyani şəkildə göstərir ki, yad, əcnəbi şairin əsərləri folklora, milli ədəbiyyata bu qədər hopa, nağıllarda, dastanlarda bunca süjetlərdə özünə həyat qazana bilməz. Yalnız xalqın həqiqi mənəvi övladı öz folkloruna bu qədər yaxın ola bilər. Həmçinin xalq yalnız öz əziz övladının əsərlərini öz mənəviyyatının carçısı bilərək onu öz şifahi yaddaşında əsrlər boyunca qoruyub-saxlaya bilər. Hansısa xalq yad düşüncəni, əxlaqı, dünyagörüşü tərzini özünə bu qədər yaxın buraxa bilərmi?! Bu kitab həm də onu göstərir ki, əlinizdəki nəşrlə bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdıraq. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda, dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla, Nizaminin xalq yaddaşını, eləcə də xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq”.

Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə bir töhfə kimi nəşr olunan kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı təqdim edilib. Kitab ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan, vətən, torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən 39 nəfər kürdəmirli şəhid haqqındadır. Kitabda bütün kürdəmirli şəhidlərin həyatından, döyüş yolundan bəhs edən oçerklər toplanıb. Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini də əlavə edib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxışında mədəniyyət müəssisələrində şəhidlərin adlarının əbədiləşdirilməsi üçün onların adını daşıyan sərgi salonlarının, oxu zallarının, dərs otaqlarının açılmasından, şəhidlərin döyüş yolunun təbliğinin önəmindən söhbət açıb. Bildirib ki, “Ölümü ömür seçənlər” kitabında hər bir şəhidimiz haqqında məlumatın yer alması onların xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq

Qlobal enerji böhranı və Azərbaycanın etibarlı resurs potensialı - ŞƏRH

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür