Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvinin ictimai idealı

Nizami Gəncəvinin ictimai idealı

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə töhfə olaraq il ərzində dahi şairə həsr olunmuş silsilə yazılar hazırlanır.

AZƏRTAC “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının hazırladığı “Nizami Gəncəvinin ictimai idealı” sərlövhəli məqaləsini oxuculara təqdim edir.

Yaradıcılığı ədalət, ağıl, insan səadəti, hikmət, işıqlı düşüncə haqqında konsepsiya olan Nizami Gəncəvi Hötenin dediyi kimi, gələcək üçün yazırdı. Nəzərə alsaq ki, alman şairinin "gələcək" dediyi zaman sonsuzdur və həm də bizim yaşadığımız bu gündür, deməli, Nizami bütün zamanların və epoxaların şairidir. Onun işıqlı ideyaları zamanın hər dönəmi üçün aktualdır. Nizami bütün zamanların şairi olduğu kimi, həm də bütün nəsillərin şairidir. Əgər gənc oxucu şairin irsindən azadlıq, mübarizlik, çalışqanlıq, eşq fəlsəfəsi haqqında hikmətlər əxz edirsə, illərin təcrübə qazandırdığı oxucu mənəvi ucalıq, fani və əbədi həyat, vəfasız dünya haqqında ustad düşüncələriylə tanış olur. Nizami təkcə ədalət, əxlaq, təbiət, sevgi kimi ayrı-ayrı hadisə və problemlərdən bəhs etmirdi. O, ümumilikdə "ideal cəmiyyət"in forma və məzmunca bir-birini tamamlayan konsepsiyasını təqdim edirdi.

Nizaminin "ideal cəmiyyət"ində hamının hüququ eynidir, bu cəmiyyətin sakinlərində xəyanət, tamahkarlıq, xəbislik, lovğalıq kimi xoşagəlməz əlamətlər yoxdur, onlar dünyaya öz işıqlı pəncərələrindən boylanırlar. Bu insanların düşüncələri, həyata baxışları, ətraflarına münasibəti nurlu və işıqlıdır, onlar dar gündə bir yerdə olmağı, bir sevinib, bir kədərlənməyi bacarırlar.

Nizamişünas alim Azadə Rüstəmin dediyi kimi, "Nizami tarixin və zamanın acı həqiqətləri fonunda bəşəriyyətə xəyali gözəlliklər diyarının ideal modelini təqdim edirdi. İskəndərin üzləşdiyi utopik xoşbəxtlər ölkəsi Nizami ictimai-siyasi-əxlaqi görüş, amal və qayəsinin bədii qəlibdə cilvələnən qələbə akkordları idi, şairin insan və cəmiyyət konsepsiyası yönümündə fəlsəfi-poetik qənaətlərinin son, təntənəli yekunu idi".

Nizamişünasların əksəriyyəti - Aleksandr Makovelski, Yevgeni Bertels, Məhəmməd Əmin Rəsulzadə, Heydər Hüseynov, Camal Mustafayev, Məmməd Arif, Xəlil Yusifov, Azadə Rüstəm və başqaları öz tədqiqatlarında "ideal cəmiyyət" haqqında fikir və mülahizələrini söyləmiş, dərin fəlsəfi köklərə söykənən bu utopik nəzəriyyəyə münasibətlərini bildirmişlər. Kimi bu "Xoşbəxtlər ölkəsi" konsepsiyasının mənbəyinin "Avesta"dan ("Vəndidad"ın I fəslinin XIX bəndi - "Başsızlar ölkəsi"), kimi sufi folklorundan, kimi Fərabinin "Mədineyi-fazilə"sindən, kimi Firdovsinin "Şahnamə"sində İskəndərin brəhmənlərlə görüşü epizodundan, kimi Xürrəmilərin dünyagörüşündən - Babəkizmdən qaynaqlandığını söyləyir, kimi də yunan fəlsəfəsindən, hətta qədim xristianlıqdan nəşət tapdığını irəli sürür. Biz isə bütün bu deyilənlərə yekun olaraq deyə bilərik ki, Nizami Gəncəvi xəyallarındakı cəmiyyətin poetik cizgisini verərkən həm Şərqin, həm də Qərbin ona qədərki ən işıqlı düşüncə və fikirlərini ümumiləşdirərək öz ideal modelini təqdim edə bilmişdir.

"İdeal şəhər"in coğrafi məkanı haqqındakı fikir və mülahizələr də az mübahisə doğurmamışdır. Dahi sələfinin yaradıcılığına böyük ehtiram bəsləyən, onun eşq haqqındakı şahanə dastanını - "Leyli və Məcnun"u dilimizə çevirən, əsərlərinin motivləri əsasında "Fərhad və Şirin" pyesini yazan Xalq şairi Səməd Vurğun bu haqda yazırdı: "Şair şimalda, böyük rus xalqının və slavyan xalqlarının vətənində bir cəmiyyət təsvir etmişdir. Elə bir cəmiyyət ki, orada ağalar və qullar yoxdur, orada insanların mənəvi bərabərliyi hökm sürür, elə bir cəmiyyət ki, orada şəxsiyyət bütün cəmiyyətin, kollektivin mənafeyi naminə yaradır və qurur, insan zəkası və həyat həqiqəti təntənə çalır". Göründüyü kimi, Səməd Vurğun da bir çox sovet nizamişünasları kimi hesab edir ki, şairin təsvir etdiyi "Xoşbəxtlər ölkəsinin" məkanı şimalda - rusların yaşadığı ərazidədir. Məhəmməd Əmin Rəsulzadə isə "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasında yazır: "Cənnət şəhər" qətiyyən, heç də SSRİ-nin olduğu yerdə deyil. Çünki Nizami İskəndərin bu şəhərdən ayrılaraq, Yunanıstana doğru aldığı yolun istiqamətini göstərir. Həmin istiqamətə əsasən, İskəndər dənizdən keçmiş və xeyli yol aşdıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən də Şəhrizura getmişdir. Bu cür aydınlıq olduğu halda "Cənnət şəhər"in qırmızı Moskva olduğunu iddia etmək coğrafiya elminə təhqirdir! Şairin təxəyyülündə canlanan bu ideal şəhərin yerini təyin etmək mütləq lazımdırsa, onu (Xırxız) Qırğızla bağlı bir ölkədə axtarmaq gərəkdir. Hər ideal şeyi türklüyə aid edən şair "ideal şəhər"i də Türküstanda görmüşdür. Qədim yunan mənbələrində də məhz Türküstanda xüsusi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhs olunur".

Göründüyü kimi, Rəsulzadə bu məqamda Gəncəvinin digər tədqiqatçılarından fərqli mövqedə durur. Əgər Sovet Nizamişünasları XII əsrin filosof şairinin təsvir etdiyi bu utopiyanın sosializm cəmiyyəti ilə heyrətamiz dərəcədə həmahəng olduğunu, Sovetlər ölkəsinin "tarixi nailiyyətləri" ilə romantik şairin nəcib və yüksək arzularının ötüb-keçdiyini söyləyirdilərsə, M.Ə.Rəsulzadə Nizaminin təsvir etdiyi "Ədalət şəhəri" ilə "Sovet cənnəti"nin arasında heç bir oxşarlıq görmür və çox uğurlu və maraqlı müqayisə aparırdı: "Nizaminin "Cənnət şəhər"i dindardır, "Sovet cənnəti" isə dinsizdir. Birinci Allahı tanıyır, o biri isə rədd edir. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük təbliğat silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə anlaşma əsas ikən, ikincidə sinif qovğası əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır". Düşünürük ki, hər iki fərqli yanaşma və tendensiyanı zaman özü saf-çürük etmişdir.

"Beşikdən qəbir evinəcən elm öyrən", "Elm Çində olsa belə, onun dalınca get", "Bilikli adamlar yer üzünün işıqlarıdır, peyğəmbərin xələfləridir, mənim varislərimdir" kimi elmi dəyərləndirən yüzlərlə hədis və kəlamların proletarların peyğəmbərinin "Oxumaq, oxumaq, yenə də oxumaq" deyiminin içində əridildiyi, elmlə dinin bir-birinə zidd qütblərdə qoyulub öyrənildiyi dövrdə Nizami Gəncəvini elmi, insan zəkasını yüksək dəyərləndirdiyinə görə sadiq müsəlman hesab etmir, hətta bir qədər irəli gedib ateist hesab edənlər də var idi. Düzdür, Nizami dinə, Tanrıya xurafatcasına yanaşmır, o, Yaradana əqlin, idrakın pəncərəsindən baxırdı. Yeri-göyü xəlq edən, Nizami üçün nurlu, işıqlı bir varlıqdır. Şairin tədqiqatçılarından prof. R.Azadə yazır: "...Nizami də dinə tapınırdı, Allaha kainatın və bütün mövcudatın xaliqi - ilk təkan kimi səcdəsi vardı. Zamanının mömin müsəlmanı idi. Yalnız dahi şair və mütəfəkkir Nizami kimi deyil, həm də şeyx Nizami kimi adı cahanda əbədiləşmişdir. ...Lakin Nizami dinə də, "Quran"a da bir Renessans şair-filosof kimi münasibət bəsləyir. Odur ki, onun əsərinin sırf dini problemlərlə bağlı hissələrində, hətta "Münacat" və "Nət"lərində belə ictimai kəsər daha qüvvətli, daha gözəgəlimlidir".

Nizami insanları nə qədər bəşəriyyəti sevməyə, başqalarının taleyinə həssaslıqla yanaşmağa səsləyirsə, bir o qədər də mübarizliyə, haqsızlıqla, ədalətsizliklə mücadilə etməyə çağırırdı. Zülm və istibdada, müharibə və fəlakətə qarşı həmişə amansız olan şair ətalətin, zalımlara boyun əyməyin, mütiliyin əleyhinə çıxırdı. Onun əsərləri insanı həm xeyirxahlığa, humanizmə, həm də zülmə qarşı mübariz olmağa səsləyirdi.

Nizami Gəncəvi irsinin sahib olduğu bu kimi dəyərlərin bu gün də tədqiq və təbliğ olunması, gənc nəslin şəxsiyyət kimi formalaşmasında istifadəsi olduqca vacibdir. Hətta şairin dövlətçilik ideyaları, ideal cəmiyyət istəyi də "poetik arzu" kimi dəyərləndirilməməli, bu gün üçün də aktuallığı nəzərə alınıb, ictimai-fəlsəfi kökləri araşdırılmalıdır. Bu, XXI əsrin ədəbiyyatşünaslar, sosioloq və filosoflar qarşısında qoyduğu vacib tələbdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb