Nizami rayonunda vətəndaşın mobil telefonunu quldurluq yolu ilə alan şəxslər saxlanılıblar
Bakı, 23 yanvar, AZƏRTAC
Nizami rayonunda quldurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla əlaqədar araşdırmalar davam edir.