Nobel prospektində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər dünyasını dəyişmişdir
Bakı, 14 may (AZƏRTAC). Bakıda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat vermişlər.
Məlumatda bildirilir ki, mayın 13-ü saat 23:30 radələrində paytaxtın Nobel prospektində Bakı şəhər sakini İlkin Mirzəyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı hasara vurmuşdur. Nəticədə avtomobildə olan sərnişin Rasim Babayev hadisə yerində ölmüş, sürücü və digər sərnişin Vüsal Sultanov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Faktla bağlı cinayət işi başlanmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]