SİYASƏT
Novosibirskdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub







Novosibirsk, 25 may, AZƏRTAC
Rusiyanın Novosibirsk şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşəbbüsü ilə Novosibirskdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirdə hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, tələbələr, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Rusiya XİN-in Novosibirskdəki təmsilçisi Nikolay Afonasov, Novosibirsk vilayəti Qanunverici məclisinin sədr müavini Mayis Məmmədov, Novosibirsk vilayəti regional siyasət nazirinin müavini Dmitri Petrov, Novosibirsk şəhəri merinin müavini Maksim Ostanin tədbirdə çıxış ediblər. Onlar Azərbaycan-Rusiya münasibətləri, ölkəmizin RF-in regionları, o cümlədən Novosibirsk vilayəti ilə iqtisadi əməkdaşlığı, dövlət başçıları İlham Əliyev və Vladimir Putinin əlaqələrin möhkəmləndirilməsində böyük xidmətləri barədə danışıblar.
Ş.Mustafayev çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətindən bəhs edib.
Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Novosibirsk