Noyabrın 1-dən Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb
Kiyev, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib.
Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq. PZR və antigen testi olanlar qeyd edilən obyektlərə buraxılacaq. Həmçinin vaksin sənədi olmadan kütləvi tədbirlər keçirmək mümkün olmayacaq. Bundan başqa şəhərdaxili sərnişin avtobuslarından, metrodan vaksin, PZR və antigen testlərinin sənədlərindən biri olduğu halda istifadə etmək mümkün olacaq. Reydlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozanların cəriməsi 17 000 qrivna (1 dollar 26,30 qrivnadır) məbləğindədir.
Uşaqlar qapalı məkanlara valideynlərinin vaksin, PZR və antigen testlərinin sənədləri olduğu halda buraxılacaq. Orta məktəblərdə təhsil onlayn rejimdə davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]