Nyu-Yorkdakı “Trump Tower” binasında yanğın olub
Vaşinqton, 8 aprel, AZƏRTAC
Şənbə günü axşam Nyu-Yorkdakı “Trump Tower” binasında (Tramp qülləsi) yanğın olub. Yanğın 50-ci mərtəbədə naməlum səbəbdən baş verib.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun yanğın əleyhinə xidmət idarəsinin məlumatına görə, hadisə nəticəsində binanın 1 sakini ölüb, dörd nəfər isə müxtəlif dərəcəli yanğın xəsarəti alıb.
Mənzilində huşunu itirmiş 67 yaşlı Todd Brassner xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə onun vəziyyətinin ağır olduğunu, sonra keçindiyini bildiriblər.
ABŞ-ın 45-ci prezidentinin şərəfinə adlandırılan “Trump Tower” “Trump” təşkilatının mənzil-qərargahında yerləşir. Burada, həmçinin 2016-cı ildə Donald Tramın seçki kampaniyasının mərkəzi yerləşmişdi. Hündürlüyü 200 metrdən çox olan bina Manhettenin mərkəzindədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton