“OBA” marketlər şəbəkəsi jurnalistlər şəhərciyində yeni marketini açdı
Bakı, 21 avqust, AZƏRTAC
Dəyişərək inkişaf edən və sərfəli alış-verişin ünvanı olan “OBA” marketlər şəbəkəsi avqustun 21-də Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasının yaxınlığında yeni Bayıl 6 marektinin açılışını edib.
AZƏRTAC xəbər verir ki, açılışda mətbuat nümayəndələri, ictimai xadimlər və "OBA" marketlər şəbəkəsinin rəhbərliyi iştirak edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr bölməsindən bildirilib ki, sözügüdən ərazidə sakinlər uzun müddətdir marketlər şəbəkəsinin yoxluğundan əziyyət çəkib və “OBA Market” MMC çoxsaylı xahişləri nəzərə alaraq növbəti sayca 975-ci marketinin məhz Bayıl qəsəbəsində açıb.
Məlumata görə, “OBA” marketlər şəbəkəsinin il sonunadək mağaza sayın daha da artıracağı planlaşdırılır.