“ODLAR YURDU” ALMANİYANI FƏTH EDİR
AZƏRTAC xəbər verir ki, xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərlik etdiyi “Odlar yurdu” ansamblı Almaniyanın Köln, Frankfurt və Boxum şəhərlərində geniş konsert proqramları ilə çıxış etmişdir.
Ansamblın və solistlərin - Gülüstan Əliyevanın və Fəraməz Gərmrudinin (İran) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Konsert proqramlarına Azərbaycan xalq mahnıları, muğamlar və bəstəkarlarımızın klassik əsərləri daxil idi. Kollektivin uğurlu çıxışlarına ölkənin kütləvi informasiya vasitələrinin səhifələrində geniş yer ayrılmışdır.
Ansamblın iştirakı ilə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyinə həsr olunmuş və onun şeir və qəzəllərindən ibarət musiqi gecəsi keçirilmişdir.
İncəsənət ustalarımız Avstriya və Kanadada keçiriləcək beynəlxalq musiqi festivallarına da dəvət olunmuşlar. Professor Ramiz Quliyev bu yaxınlarda ABŞ və Almaniyada yeni konsert proqramı ilə də çıxış edəcəkdir.
Almaniyada R.Quliyevin İran müğənnisi Fəraməz Gərmrudi ilə birgə ifasından ibarət yeni CD musiqi albomu da təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:34]
Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır
- 17.06.2026 [11:07]
Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]