Oğurluq etmiş şəxsdə narkotik vasitə də aşkar olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Xəbər verildiyi kimi, mayın 10-da C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Cahangir Həsənova məxsus “VAZ-2107” markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitofon oğurlanmışdır.
Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ülvi Musayev mayın 13-də yaxalanmışdır. Saxlanılan vaxt ondan 0,265 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülmüşdür.
Mayın 11-də Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırma yolu ilə 3445 manat pul oğurlanmışdır.
Binəqədi Rayon Polis İdarəsi 5-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramiz Quliyev, Feyruz Qarayev və Nicat Çobanov mayın 13-də yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]