Oğurluqda şübhəli bilinən Masallı rayon sakini yaxalanıb
Bakı, 16 may, AZƏRTAC
Paytaxtda və Abşeron rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramana qəsəbəsində iki “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səfərov yaxalanıb.
Abşeron rayon ərazisində evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev və Sumqayıt şəhər sakini V.Həsənov DİN-in Baş Cinayət Axtarışı İdarəsi və rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]