Ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 faizdir
Bakı, 30 dekabr, AZƏRTAC
Ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktor deyib: “2009-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 62,2 faiz olub. Amma indi 96 faizdən çoxdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində 2009-2020-ci illərdə “Azəriqaz” İB tərəfindən ölkənin müxtəlif bölgələrində 1668 yaşayış məntəqəsi qazlaşdırılıb. Cari ildə həyata keçirilmiş qazlaşma layihələrini nəzərə almaqla 2020-ci ilin sonuna ölkədə 2449 qazlaşdırılmış yaşayış məntəqəsi olacaq”.
Baş direktorun sözlərinə görə, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt şəhərləri, Yevlax, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Füzuli, Beyləqan, Şirvan, Ağstafa, Hacıqabul, Qazax və Kürdəmir rayonlarında qazlaşma səviyyəsi 100 faiz təşkil edir. Ağsu, Bərdə, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəmkir, Ucar rayonlarında isə 97-99 faiz arasında dəyişən qazlaşma səviyyəsi onu göstərir ki, bu ərazilərdə qazlaşmayan cəmi bir yaşayış məntəqəsi qalıb. Lakin bu, nisbi rəqəmdir. Çünki istənilən 100 faiz qazlaşdırılan şəhər və rayonlarda hər il yeni massivlər yaranır və fərdi yaşayış evlərinin sayı artır, belə olan halda qazlaşdırılmasına ehtiyac yaranan yeni ərazilər də ortaya çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]