Ölkəmiz daha bir beynəlxalq festivalda iştirak edəcək
Bakı, 25 aprel, AZƏRTAC
Almaniyanın Höte adına İnstitutu tərəfindən “Next Stage Europe 2018” adlı festival keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun 13-17-də Almaniyanın Potsdam şəhərində təşkil olunacaq festivala ölkəmizlə yanaşı, Belarus, Gürcüstan, Ukrayna və Rusiyadan olan 12 gənc dramaturq qatılacaq. Azərbaycanı festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq.
Festival iştirakçılarının dram əsərləri Höte adına İnstitutun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunacaq, alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcək.
Festivalda tanınmış alman ssenaristlərin seminarları keçiriləcək.
Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları bu ölkədəki beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:10]
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]